Keçid linkləri

2024, 01 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:34
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

15:27 30.10.2020

Azərbaycan Ermənistandan AİHM-ə şikayət edib

"Azərbaycan oktyabrın 27-də Ermənistanın cinayət əməlləri ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət edib".

Bunu bu gün, oktyabrın 30-da brifinqdə Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov bildirib.

E.Əmirbəyov deyib ki, sübutlar artıq AİHM-ə təqdim edilib: "Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci maddəsi - həyat hüququnun pozulması ilə bağlı Azərbaycan tərəfi dolğun məlumatlar təqdim edib. Ümid edirik ki, yaxın zamanlarda Azərbaycanın müraciəti cavablandırılacaq".

15:24 30.10.2020

Araik Arutyunyan axtarışa verilib

Gəncə şəhərində mülki əhaliyə qarşı törədilmiş cinayət əməllərinə görə Araik Arutyunyan, David BabayanCəlal Arutyunyanın beynəlxalq axtarışa verildiyi deyilir.

Bu barədə Azərbaycan Baş Prokurorluğundan bildirilib.

A.Arutyunyan tanınmayan və Azərbaycanın separatçı saydığı "Dağlıq Qarabağ Respublikası"nın rəhbəridir. D.Babayan onun məsləhətçisi, C.Arutyunyan isə həmin qurumun keçmiş müdafiə naziridir.

Onlar terrorçuluq və başqa qanunsuz əməllərdə ittiham edilir.

Gəncə şəhərinin oktyabrın 11-i və 17-də raket atəşinə tutulduğu bildirilir. Həmin hadisələr nəticəsində 20-dən çox mülki şəxsin həlak olduğu, 80-dan çoxunun isə xəsarət aldığı açıqlanmışdı.

15:16 30.10.2020

9 kəndin də işğaldan azad edildiyi bildirilir

Azərbaycan ordusunun Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının 9 kəndini də işğaldan azad etdiyi deyilir.

Bu barədə Azərbaycan prezidenti İlham Əliyev özünün Twitter hesabında bildirib.

"Müzəffər Azərbaycan ordusu Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, Zəngilan rayonunun Aladin, Vejnəli, Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndlərini işğaldan azad etmişdir…", - o yazıb.

14:56 30.10.2020

Hikmət Hacıyev: "AİHM-ə müraciət ediləcək"

"Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə maddi-mədəni irs dağıdılıb".

Bunu bu gün, oktyabrın 30-da keçirilən brifinqdə Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Prezidentin köməkçisi qeyd edib ki, Ermənistan tərəfindən işğal olunmuş ərazilərdəki mineral yataqlar qanunsuz istismar olunub, digər məqsədlər üçün xərclənib: "Qanunsuz iqtisadi əməllər nəticəsində əldə olunan maliyyə vəsaitlərinin digər ölkələrin bank sistemlərinə daşınması da həyata keçirilib...".

H.Hacıyev deyib ki, prezident İlham Əliyev bu yaxınlarda BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxışında işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşmaya toxunub: "Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) və digər instansiyalara müraciət edilərək müvafiq addımlar atılacaq. Cinayət əməllərində iştirakla bağlı Ermənistan rəhbərliyində olan insanlar məsuliyyət daşıyır...".

Davamı

XS
SM
MD
LG