Keçid linkləri

2024, 29 Sentyabr, bazar, Bakı vaxtı 15:23
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

13:18 8.11.2020

Prezident: “30 ilə yaxın mənasız danışıqlar...”

“30 ilə yaxın mənasız danışıqlar bizi heç bir nəticəyə yaxınlaşdırmadı. Əzəli tarixi torpaqlarımız 30 ilə yaxın işğal altında qaldı. Danışıqlar prosesində Ermənistan tərəfi, sadəcə olaraq, vaxt udmaq istəyirdi, sadəcə olaraq, status-kvonu möhkəmləndirmək, əbədi etmək istəyirdi. Bu illər ərzində dəfələrlə Azərbaycana müxtəlif güc mərkəzlərindən göndərilən siqnallar bizi vəziyyətlə barışmağa sövq edib. Ancaq biz qətiyyət, cəsarət, siyasi iradə göstərərək Azərbaycan xalqının maraqlarına cavab verməyən heç bir razılaşmaya getmədik.”

AZƏRTAC-ın xəbərinə görə, bu fikirləri prezident İlham Əliyev Şəhidlər xiyabanından xalqa etdiyi müraciətdə deyib.

“Mən dəfələrlə bütün beynəlxalq kürsülərdən bəyan etmişdim ki, torpaqlarımızın, ərazi bütövlüyümüzün bərpa edilməsi bizim əsas vəzifəmizdir və biz bu vəzifəni icra edirik. Danışıqlar heç bir nəticə vermədi. Sadəcə olaraq, bizim başımızı aldadırdılar, sadəcə olaraq, məsələni dondurmaq istəyi müşahidə olunurdu...”, - deyə dövlət başçısı qeyd edib.

Bakı Şuşanın azad edilməsi xəbərindən dərhal sonra
Gözlə

No media source currently available

0:00 0:00:54 0:00

12:56 8.11.2020

Prezident: “Şuşa işğaldan azad edilib”

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 8 -də “Şəhidlər Xiyabanı”nda etdiyi müraciətdə vurğulayıb ki, Şuşa şəhəri işğaldan azad edilib.

“Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm! Bütün şuşalıları ürəkdən təbrik edirəm!”, deyə prezident İlham Əliyev vurğulayıb.

Dövlət başçısı sonra da deyib: “Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir...”.

Ermənistan müdafiə nazirliyinin sözçüsü Artsrun Hevhannisyan isə Şuşada hələ də döyüşlərin davam etdiyini bildirir.

11:57 8.11.2020

Prezidentin xalqa müraciəti gözlənir

Azərbaycan prezidenti İlham Əliyevin bu gün, noyabrın 8 - də xalqa müraciət etdiyi bildirilir.Verilən məlumatlara görə, müraciət yaxın dəqiqələrdə yayılmalıdır.

10:32 8.11.2020

AMN: “Yaşayış məntəqələrimiz atəşə tutulub”

Arxiv foto
Arxiv foto

Azərbaycan Müdafiə Nazirliyi (AMN) həmçinin, qeyd edir ki, noyabrın 8-i saat 07:40-dan 08:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər, Ağdam və Ağcabədi rayonlarının kəndlərini atəşə tutub.
Nazirlikdən vurğulandığına görə, Azərbaycan ordusunun bölmələri cavab tədbirləri görüb.

Davamı

XS
SM
MD
LG