Keçid linkləri

2024, 29 Sentyabr, bazar, Bakı vaxtı 03:17

Tbilisidə saxlanan azərbaycanlı hüquq müdafiəçisi zaminə buraxılıb


Aprelin 14-də Gürcüstan Apellyasiya Məhkəməsinin qərarı ilə Qafqaz Dini Etiqad və Vicdan Azadlığı Mərkəzinin (DEVAMM) rəhbəri Azər Səmədov zaminə buraxılıb. Bu barədə məlumatı hüquq müdafiəçisi İlqar İbrahimoğlu verib

Azər Səmədov martın 31-də Azərbaycan hüquq-mühafizə orqanlarının tələbi ilə Tbilisidə bu ölkənin anti-terror xidməti tərəfindən saxlanmışdı. Azərbaycan tərəfi onu 2003-cü il prezident seçkisindən sonra – oktyabrın 15-16-da Bakıda polislə müxalifət tərəfdarları arasında baş vermiş toqquşmalarda iştirakda ittiham edirdi. Ekstradisiya olunarsa, onu 5 ildən 7 ilədək həbs cəzası gözləyir.

Azər Səmədov isə bildirir ki, onun sözügedən hadisələrdə iştirakı yalnız hüquq müdafiəçisi kimi baş verənlərin monitorinqini aparmaqdan ibarət olub. O, bir ildir ki, Gürcüstanda yaşayır və işləyir. DEVAMM hüquq-müdafiə təşkilatı Gürcüstan ərazisində də təsis olunub və bu ölkənin Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.


Aprelin 2-də Tbilisi şəhər Məhkəməsi Gürcüstanın baş prokurorunun vəsatətilə Azər Səmədovun barəsində üçaylıq ilkin həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarmışdı.


XS
SM
MD
LG