Keçid linkləri

2024, 28 Sentyabr, şənbə, Bakı vaxtı 21:24

Hillari Klinton İlham Əliyevlə “Wikileaks”-dən danışıb


Dekabrın 15-də Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hillari Klinton Azərbaycan prezidenti İlham Əliyevlə telefon əlaqəsi saxlayıb.

Prezidentin Mətbuat Xidmətinin verdiyi məlumata görə, telefon danışığı zamanı xanım Klinton “Wikileaks” saytı vasitəsilə Azərbaycan haqqında yayılan məlumatlarla bağlı dərin təəssüfünü bildirib.

Dövlət katibi deyib ki, Amerika Birləşmiş Ştatları Azərbaycan Respublikasını özünün mühüm strateji tərəfdaşı hesab edir və Azərbaycanla münasibətlərini bundan sonra da inkişaf etdirmək əzmindədir.
XS
SM
MD
LG