Keçid linkləri

2024, 28 Sentyabr, şənbə, Bakı vaxtı 23:35

Suriya üsyançıları deyir ki, ölkənin əksər hissəsi onların nəzarətindədir


Suriya üsyançıları ölkənin əksər hissəsinin onların nəzarətində olduğunu deyirlər.

Komandirlərdən birinin sözlərinə görə, onların Dəməşqə hücumuna yalnız hökumətin hərbi hava qüvvələri mane olur.

Suriya Azadlıq Ordusunun baş komandanı Riad al Asaad bundan əvvəl üsyançıların baş qərarkahının Türkiyədən ölkə ərazisinə köçürüldüyünü bəyan edib.

Hazırda ölkənin müxtəlif regionlarında üsyançılarla hökumət qoşunları arasında döyüşlər gedir.

Hüquq müdafiəçilərinin sözlərinə görə şənbə günü Hələb, Hama və Homs şəhərlərinin bir neçə məhəlləsi havadan bombalanıb.

Onların sözlərinə görə təkcə şənbə günü Suriyada azı 150 adam ölüb.

BMT-nin Suriya üzrə xüsusi elçisi Lakhdar Brahiminin bazar ertəsi təhlükəsizlik şurasında xüsusi hesabatla çıxış edəcəyi gözlənilir.

O bu günlərdə Dəməşqdə prezident Bashar Assad və müxalifət təmsilçiləri ilə görüşüb.
XS
SM
MD
LG