Keçid linkləri

2024, 28 Sentyabr, şənbə, Bakı vaxtı 19:22
Ermənistan prezident seçir
Gözlə

No media source currently available

0:00 0:01:01 0:00

Ermənistan prezident seçir

Sarkisian 2-ci dəfə prezident seçilir

Ermənistanda seçki başa çatıb. «Exit-poll»un nəticələrinə əsasən, hazırkı prezident S.Sarkisian səslərin 58 faizini toplayır. (Ermənistanda səsvermənin gedişi haqda xronoloji reportaj)

17:34 18.2.2013
KIM KARDASHIANA 1 SƏS

Ermənistanın News.am saytı yazır ki, Ermənistanda prezident seçkilərində erməni əsilli məşhur TV reality ulduz Kim Kardashian bir səs qazanıb.
Bir seçici 7 namizədin hamısını pozub, yerinə "Kim Kardashian" yazıb.

Kim Kardashian və repper Kanye West
Kim Kardashian və repper Kanye West
16:28 18.2.2013
TER-PETROSIAN SƏSİNİ 7 NAMİZƏDƏ VERƏRDİ

Ermənistanın ilk prezidenti olmuş Levon Ter-Petrosian bu gün deyib ki, “Ermənistan respublikası naminə səs verib”.

O, səs verəndən sonra zarafat edib ki, “məmnuniyyətlə 7 namizədin hamısına səs verərdim, ancaq qanun buna imkan vermir”.

Levon Ter-Petrosian
Levon Ter-Petrosian
16:21 18.2.2013
33 FAIZ SƏS VERİB

Ermənistanda yerli vaxtla saat 14:00-a seçicilərin 33 faizi səs verib.
15:56 18.2.2013
SEÇKİLƏRİ ATƏT-DƏN 263 MÜŞAHİDƏÇİ İZLƏYİR

Ermənistandakı seçkiləri izləməyə MDB ölkələrindən 212 müşahidəçi var.
Daha çox müşahidəçi yalnız ATƏT-dəndir – 263 müşahidəçi.

Davamı

XS
SM
MD
LG