Keçid linkləri

2024, 28 Sentyabr, şənbə, Bakı vaxtı 19:28
Ermənistan prezident seçir
Gözlə

No media source currently available

0:00 0:01:01 0:00

Ermənistan prezident seçir

Sarkisian 2-ci dəfə prezident seçilir

Ermənistanda seçki başa çatıb. «Exit-poll»un nəticələrinə əsasən, hazırkı prezident S.Sarkisian səslərin 58 faizini toplayır. (Ermənistanda səsvermənin gedişi haqda xronoloji reportaj)

15:03 18.2.2013
3 SAATA 11 FAIZ

MSK-nın məlumatına görə, ilk 3 saata 276 min seçici səs verib. Bu da seçicilərin 11 faizidir.


Serzh Sarkisian və həyat yoldaşı Rita Yerevanda səs verəndən sonra
Serzh Sarkisian və həyat yoldaşı Rita Yerevanda səs verəndən sonra
15:25 18.2.2013
MÖHÜR PASPORTDAN ASANLIQLA SİLİNİR

Azadlıq Radiosunun Erməni xidmətinin aldığı videoda Ermənistanda səs verəndən sonra pasporta vurulan möhürün hidrogen peroksidlə asanlıqla yuyulduğunu göstərir.

15:44 18.2.2013
BAGRATİAN POZUNTULARDAN DANIŞIB

Ermənistanda prezidentliyə namizəd, keçmiş baş nazir Hrant Bagratian səs verəndən sonra deyib ki,
“o, yeni Ermənistana səs verir, çünki köhnə Ermənistan artıq tükənib”.

O deyib ki, Serj Sarkisianın proqramı – dövlət kapitalizmidir, onun proqramı - demokartik kapitalizmdir.

Bagratian adamların maşınlara doldurub, məntəqələrə səs verrməyə aparıldığı haqda məlumatlar gəldiyini bildirib.
O həmçinin deyib ki, kütləvi şəkildə rüşvət paylanır ki, adamlıar səslərini hakimiyyət namiəzdinə versinlər


Hrant Bagratian Yerevanda səs verəndən sonra 18 Fevral 2013
Hrant Bagratian Yerevanda səs verəndən sonra 18 Fevral 2013
15:56 18.2.2013
SEÇKİLƏRİ ATƏT-DƏN 263 MÜŞAHİDƏÇİ İZLƏYİR

Ermənistandakı seçkiləri izləməyə MDB ölkələrindən 212 müşahidəçi var.
Daha çox müşahidəçi yalnız ATƏT-dəndir – 263 müşahidəçi.

Davamı

XS
SM
MD
LG