Keçid linkləri

2024, 29 Sentyabr, bazar, Bakı vaxtı 01:30

Yeni qanlı döyüşlər, yeni girovlar, yeni prezident (Ukrayna xronikası 28 may-1iyun )

Mayın 29-da Slavyanskda separatçılar Ukrayna vertolyotunu vurublar, 1 general və 13 Ukrayna hərbçisinin öldüyü bildirilir.

Donbassda müharibə davam edir. Ukrayna ordusu mobil yaraqlı separatçı qrupları ilə gündəlik döyüşlər aparsa da, üstünlük əldən-ələ keçir

Ağır döyüşlər mərkəzinin coğrafiyası da hər gün dəyişir, mayın 27-də Donetsk, mayın 28-də Luqansk, mayın 29-da Slavyansk.

Sayı gündən-günə artan ölən və yaralananlarla yanaşı girov girov götürülənlər haqda da xəbərlər gəlir. Regionda 8 ATƏT müşahidəçisinin yoxa çıxdığı bildirilir.

Ukrayna xəbərləri Canlı Bloq-da daim yeniləndiyindən sonuncu məlumat mətnin əvvəlindədir. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.
17:00 25.5.2014
SEPARATÇILAR UKRAYNANIN RİNAT AKHMETOVUN EVİNƏ YÜRÜŞ EDİR

Reuters agentliyinin məlumatına görə mayın 25-də - Ukraynada prezident seçkisi keçirilən gün ölkənin şərqindəki Donetsk şəhərində Rusiya tərəfdarları olan separatçılar zəngin iş adamı Rinat akhmetov-un evinin qarşısına toplaşıblar. Akhmetovun əleyihə səsləndirirlər.

Milyarder Rinat Akhmetov keçən həftə yayılan müraciətində xalqı Ukraynanın birliyi naminə prezident seçkisində iştirak etməyə çağırırb, yaraqlı separatçıları da “soyqırımı” törətməkdə ittiham etmişdi.
17:08 25.5.2014
Kiyevdə 872 saylı seçki məntəqəsində səsvermə, seçici fəallığı yüksəkdir.
17:53 25.5.2014
RƏSMİLƏR YÜKSƏK SEÇİCİ FƏALLIĞI OLDUĞUNU DEYİRLƏR
Prezident seçkisində rəsmilər yüksək seçici fəallığı olduğunu deyirlər. Paytaxt Kiyevdə səs verməyə gələn seçicilərin uzun növbələri yaranıb.

Amma Rusiya tərəfdarları olan silahlı separatçıların nəzarət etdikləri iki şərq regionunda – Donetsk və Luqansk-da seçkini təşkil etmək mümkün olmayıb. Donetsk-da separatçılar seçki qutularını nümayişkaranə şəkildə dağıdıblar.

İlkin rəy sorğuları şokolad istehsalçısı, milyarder Petro Poroshenko-nun öndə olduğunu göstərir. Amma onun qalib olmaq üçün mütələq səs çoxluğunu qazana biləcəyi guman edilmir.

18 namizəd arasında onun ən yaxın rəqibi keçmiş Baş nazir Yulia Tymoshenko-dur.

Davamı

XS
SM
MD
LG