Keçid linkləri

2024, 29 Sentyabr, bazar, Bakı vaxtı 13:28

Yeni qanlı döyüşlər, yeni girovlar, yeni prezident (Ukrayna xronikası 28 may-1iyun )

Mayın 29-da Slavyanskda separatçılar Ukrayna vertolyotunu vurublar, 1 general və 13 Ukrayna hərbçisinin öldüyü bildirilir.

Donbassda müharibə davam edir. Ukrayna ordusu mobil yaraqlı separatçı qrupları ilə gündəlik döyüşlər aparsa da, üstünlük əldən-ələ keçir

Ağır döyüşlər mərkəzinin coğrafiyası da hər gün dəyişir, mayın 27-də Donetsk, mayın 28-də Luqansk, mayın 29-da Slavyansk.

Sayı gündən-günə artan ölən və yaralananlarla yanaşı girov girov götürülənlər haqda da xəbərlər gəlir. Regionda 8 ATƏT müşahidəçisinin yoxa çıxdığı bildirilir.

Ukrayna xəbərləri Canlı Bloq-da daim yeniləndiyindən sonuncu məlumat mətnin əvvəlindədir. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.
15:44 27.5.2014

MAYIN 27-DƏ DONETSKDƏ VƏZİYYƏT

Donetsk hava limanında canlı döyüş səhnələri
Gözlə

No media source currently available

0:00 0:01:42 0:00

Müxtəlif informasiya vasitələrindən və AzadliqRadiosu müxbirlərindən topladığımız məlumatlar aşağıdakı mənzərəni yaradır.

Mayın 26-da separatçı Donetsk xalq respublikasının yaraqlıları Donetsk beynəlxalq aeroportuna gələrərk onu nəzarətə götürüblər. Belə bir vacib məntəqəni itirmək isyəməyən Ukrayna hakimiyyəti yaraqlıların mövqelərini havadan bombalayandan sonra, Donbetskin mərkəzindən separatçılara komək gəlib. Çiddətli döyüşlərdən sonra Ukrayna qoşunları Aeroportun nəzarətə götürə biliblər. Döyüşlərdə müxtəlif mənbələrə əsasən 30-45 arası adam həlak olub. 2 nəfər dinc sakinin toqquşmaların təsadüfü qutbanı olduğu bildirilir.

Separatçılar Rusiya prezidentinə və rus xalqına müraciət edərək kömək istəyiblər. Mayın 27-də Rusiyadan Ukrayna ərazisinə bir qrup yaraqlı daxil olmaq istəyib, lakin Ukrayna sərhədçilərinin müqaviməti ilə rastlaşıb. Rusiya yaraqlıları Ukrayna tərəfə keçə biləsələr də, rəsmi Kiyevin məlumatına əsasən onlar bir neçə maşın silah və sursatı ataraq canlarını qurtarmağa çalışıblar.

Donetskdə "Drujba" arenasında yanğını nəzarə almasaq, mayın 27-i nisbi sakitlikdir. Antoterror əməliyyatlarında 4 saatlıq fasilə edən Ukrayna rəhbərləiyi hərbi əməliyyatları bərpa etməyə tələsmir.

Ukrayan mərkəzi seçki komissiyası Petr Prosohonkenun prezident seçilməsini təsdiq edəndən sonra, onun ilk bəyanatı terrorçularla mübarizənin davam etririləcəyi oldu.

Rusiya Poroshenkonun prezident seçilməsini qəbul etsə də, Donbasda antiterror əməliyyatını "xalqa qarşı silah qaldırmaq" kimi qiymətləndirir.
22:14 27.5.2014


ABŞ prezidenti Ukraynanın yeni seçilən prezidenti Petr Poroshenkonu telefonla təbrik edib. Ona parçalanmış ölkənin birləşdirilməsi istiqamətində uğurlar arzulayib. Obama Ukraynada tezliklə islahatların keçirilməsinin vacibliyini də vurğulayıb.
23:07 27.5.2014
1 ay əvvəl Slavyanskda da separatçılar xarici müşahidəçiləri girov götürəndən sonra Rusiyanın xahişi ilə onları azad etdilər
1 ay əvvəl Slavyanskda da separatçılar xarici müşahidəçiləri girov götürəndən sonra Rusiyanın xahişi ilə onları azad etdilər

ATƏT-in Ukraynadakı xüsusi missiyasının 4 müşahidəçisi yoxa çıxıb. ATƏT-in məlumatında bildirlir ki, Donetsk vilayətində müşahidələr aparan əməkdaşlar sonuncu dəfə mayın 26-da axşam saat 6-da əlaqəyə çıxıblar, onların aqibəti haqda heç bir xəbər yoxdur. Müşahidəçilərin Türkiyə, Estoniya, Usveçrə və Danimarka vətəndaşları olduğu bildirilir.

Davamı

XS
SM
MD
LG