Keçid linkləri

2024, 29 Sentyabr, bazar, Bakı vaxtı 19:40

Yeni qanlı döyüşlər, yeni girovlar, yeni prezident (Ukrayna xronikası 28 may-1iyun )

Mayın 29-da Slavyanskda separatçılar Ukrayna vertolyotunu vurublar, 1 general və 13 Ukrayna hərbçisinin öldüyü bildirilir.

Donbassda müharibə davam edir. Ukrayna ordusu mobil yaraqlı separatçı qrupları ilə gündəlik döyüşlər aparsa da, üstünlük əldən-ələ keçir

Ağır döyüşlər mərkəzinin coğrafiyası da hər gün dəyişir, mayın 27-də Donetsk, mayın 28-də Luqansk, mayın 29-da Slavyansk.

Sayı gündən-günə artan ölən və yaralananlarla yanaşı girov girov götürülənlər haqda da xəbərlər gəlir. Regionda 8 ATƏT müşahidəçisinin yoxa çıxdığı bildirilir.

Ukrayna xəbərləri Canlı Bloq-da daim yeniləndiyindən sonuncu məlumat mətnin əvvəlindədir. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.
20:04 28.5.2014

DONETSKDƏ SEPARATÇILARA DƏSTƏK YÜRÜŞÜ


Mayın 28-də yüzlərlə adam Donetskin mərkəzində yürüş keçirib. Rusiyanın bayrağını qaldıran bu adamlar "Faşist keçə biməyəcək" deyərək yaraqlı separatçıların zəbt etdiyi Donetsk vilayət binasının qarşısına qədər gediblər. Rusiyameylli media yürüş iştirakçılarının yerli kömür mədənlərində işləyən şaxtaçılar olduğunu yazır. Ukraynanın bütövlüyü tərəfdarları yürüşə ümumiyyətlə separatçıların tərəfində olan bütün adamların toplaşdığını bildirir və qeyd edirlər ki, kömürçülərin heç də hamısı yaraqlıları dəstəkləmir.
00:03 29.5.2014
Luqanskın normal həyatından 1 parça

Luqansk-da separatçıların silahlı dəstələri Ukrayna milli qvardiyasına hücum edərək Ukrayna hərbçilərindən silahı təhvil verib hissədən çıxmaqlarını tələb edirlər. Luqansk vilayət daxili işlər idarəsindən xəbər verirlər ki, atəş səsləri eşidilir, Milli qvardiyanın kazarması yerli “Zarya” dəstəsi tərəfindən mühasirəyə alınıb. Bu dəstəni Luqansk separatçıları yerli hərbi komissarlığın bazasında yaradıblar. Bir qədər əvvəl Milli qvardiya məlumat yaymışdı ki, Luqanskda onların hərbi hissəsini ələ keçirmək cəhdi olub. Qərb agentlikləri rəqəm göstəməsələr də hər 2 tərəfdən itkilər olduğunu xəbər verirlər.

Donbassda hərb səhnələri dinc həyat mənzərələrini getdikcə tamamilə sıxışdırır. Mayın 28-nə olan CanlıBloqu burada tamamlayırıq. Sabah yenidən hadisələrin gedişini AzadliqRadiosunda izlə.

Davamı

XS
SM
MD
LG