Keçid linkləri

2024, 30 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 03:27

AzadlıqLive - Fazil Mustafa: "Bu İran əllamələrinə baxın"

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izlə

AzadliqRadiosunun gündəlik TV proqramı hər gün Bakı vaxtı ilə saat 22-də günün əsas hadisələri xəbərlər, reportaj və müsahibələrdə AzadliqRadiosu.TV kanalında və internetdə​

(AzadliqLive burdan dinlə - Link axşam saat 8-də aktivləşəcək)

21:56 14.7.2015

Şagirdi belə döyən müəllimlər var (video)

Bu,Qazaxıstanda olub. Şagirdlərdən biri telefonla sinif otağında çəkib. Bu video Qazaxıstanı bir-birinə vurub. (inter.az)

21:55 14.7.2015

İlham Əliyev 150 dəfə "biz" deyib, 24 dəfə "böhran"

Azərbaycan prezidenti iyulun 13-də hökumətin iclasında çıxışında ən çox "Biz" sözünü ilədib - 150 dəfə. O, 33 dəfə "Avropa", 14 dəfə "Ermənistan" deyib. İlham Əliyev hansı sözü neçə dəfə işlətdi? (İnfoqrafikada sözün üstə vuranda neçə dəfə işləndiyini göstərir)

21:21 14.7.2015

İyulun 14-də AzadlıqLive-da radioda nələri müzakirə etdik:

İlham Əliyev: “əgər bu gün biz bu vəziyyəti nəzərə alaraq seçim etməli olsaydıq, bəlkə də Avropa Şurasına da üzv olmazdıq. Azərbaycanı nə qədər təhqir etmək olar?”- Prezidentin dediklərinə reaksiyalar

Beynəlxalq Bank məhkəməni uduzdu

Prezident sahibkarlara deyir ki, birbaşa onun özünə yazsınlar. İndiyə kimi şikayət edənlər nə qazandı, nə itirdi?

19:01 14.7.2015

Qəbul imtahanının nəticəsi Facebook-da olacaq

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 14-də ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları TQDK-nın internet saytında və facebook səhifəsində yerləşdiriləcək.

Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.

Davamı

XS
SM
MD
LG