Keçid linkləri

2024, 29 Sentyabr, bazar, Bakı vaxtı 11:30

Yerevan keçmiş baş qərargah rəisinin məxfi çıxışını açıqlamaq istəmir


əhlükəsizlik Şurasının katibi Armen Qriqoryan
əhlükəsizlik Şurasının katibi Armen Qriqoryan

Ermənistanın Təhlükəsizlik Şurası mayın 6-da bildirib ki, silahlı qüvvələrin baş qərargahının keçmiş rəisi Onik Qasparyanın Dağlıq Qarabağda müharibənin dördüncü günündə şuranın məlum iclasında etdiyi çıxışın tam mətni üzərindəki məxfiliyi qaldıra bilməyəcək.

Bu barədə bəyanatı jurnalistlərlə keçirdiyi brifinqdə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan verib.

AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun yazır ki, bundan bir neçə həftə əvvəl Qasparyan Təhlükəsizlik Şurasının ötən sentyabrın 30-da keçirilən iclasının sonunda prezident Armen Sarkisyanın və bunun ardınca onun öz çıxışının tam mətnlərinin dərc olunmasını tələb etmişdi. Armen Qriqoryan deyib ki, bu çıxışların artıq müəyyən hissəsi dərc olunub:

“Qalan hissələrə gəlincə isə, burada Ermənistan və Artsaxın (Dağlıq Qarabağ – red) təhlükəsizliyinə dair elə məsələlər var ki, bizim nəzərimizcə onları çap etmək məqsədəuyğun deyil. Bizi, keçmişdə silahlı qüvvələrin baş qərargah rəisi olmuş Onik Qasparyanın belə bir tələblə çıxış etməsi təəccübləndirib”.

Onik Qasparyan müharibəni dayandırmaq təklifi verdiyini deyir

Azatutyunun yazdığına görə, müharibədən sonra, noyabrın 17-də o vaxt hələ baş qərargah rəisi olan Onik Qasparyan demişdi ki, o müharibənin dördüncü günündə erməni tərəfinin itkiləri və yaranmış vəziyyət haqqında silahlı qüvvələrin qiymətləndirməsi barədə məlumat vermiş və bildirmişdi ki, bir-iki gün ərzində müharibənin dayandırılması üçün lazımi tədbirlərin görülməsi zəruridir.

Daha sonra deyildiyinə görə, bu bəyanatdan 4 ay və Onik Qasparyan və bir sıra yüksək rütbəli hərbçilərin baş nazir Nikol Paşinyanın istefasına çağırmasından bir ay sonra Təhlükəsizlik Şurasının katibi, daha sonra isə baş nazirin özü bəyan etmişdilər ki, Təhlükəsizlik Şurasının məlum iclası zamanı Qasparyan müharibənin dayandırılması zərurəti barədə danışmayıb.

Azatutyun yazır ki, bu hadisələrdən sonra həmin çıxışın hakimiyyətin fikrincə Paşinyanın dediklərini təsdiq edən hissələri dərc olunub. Bundan sonra isə Qasparyan çıxışın tam mətninin dərc olunmasını tələb edib.

“Demişdi ki, biz Cəbrayıl istiqamətində müəyyən uğur qazanmışıq”

Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib ki, təhlükəsizlik sferasının yüksək vəzifəli nümayəndəsi bir çıxışda iki ziddiyyətli fikir səsləndirə bilməzdi:

“...Dərc olunmuş hissədə deyilir ki, “biz Cəbrayıl istiqamətində müəyyən uğur qazanmışıq, düşmən heç bir irəliləyişə nail olmayıb”. Əgər o “heç bir irəliləyişə” deyirsə, Təhlükəsizlik Şurasının üzvləri bunu yalnız bir cür başa düşə bilərdilər: “Biz mövqelərimizi əldən verməmişik””.

Bundan başqa mayın 6-da Təhlükəsizlik Şurasının katibi daha bir təkziblə çıxış edib:

“Onik Qasparyan özünün 17 noyabr çıxışında demişdi ki, o iyunun 8-də Baş Qərargah rəisi təyin ediləndən sonra Təhlükəsizlik Şurasına regiondakı vəziyyət barədə məruzə təqdim edib və bir sıra diplomatik və siyasi addımların atılmasını təklif edib. 8 iyundan sonra birinci iclas iyunun 19-da olub və o heç bir məruzə təqdim etməyib. İlk izahatı və ya məruzəni o avqustun 21-də verib. Onun 10 səhifəlik sənədində diplomatik addımlardan bircə söz də deyilmir”.

XS
SM
MD
LG