Keçid linkləri

2024, 28 Sentyabr, şənbə, Bakı vaxtı 21:28

Yeni Məkkənin 3D görüntüləri yayılıb


Kəbənin indiki görünüşü
Kəbənin indiki görünüşü

Hər il 200-dən çox ölkədən milyonlarla hacılığa namizədin axışdığı Məkkə yenidən inşa edilir. Kral Abdullahın tapşırığına əsasən həyata keçirilən layihənin sonunda Məkkənin əl-Həram bölgəsinin görünüşü tamamilə dəyişəcək.

Artıq sosial şəbəkələr və “youtube”də “Yeni Məkkə” layihəsinin 3D görüntüləri də yayılıb. Videoda Məkkənin və Kəbənin 20 il sonrakı halını görmək mümkündür.

Qeyd edək ki, layihəyə görə Kəbənin ətrafındakı bir çox evlər, həmçinin kral sarayı söküləcək. Layihə başa çatdıqdan sonra zəvvarlar Ciddə hava limanından Məkkəyə xüsusi dəmir yolu xətti – “Hacı ekspress” vasitəsilə 2 saat yarıma gedə biləcəklər.

Məkkənin görünüşünü dəyişəcək bu layihənin icrası «Absal» şirkəti tərəfindən həyata keçirilir. Plana əsasən, Kəbənin ətrafında 560 kv.metrlik sahədə heç bir bina olmayacaq. Həmin sahəyə düşən 7000 bina söküləcək, onların yerinə 12 zolaqlı yol salınacaq. Kəbəyə yaxın yerlərdə əlavə 35 yeni mehmanxana tikiləcək. 4, 5 və 7 ulduzlu mehmanxanalarda 45 min müsəlman qala biləcək və burdakı otaqların hamısı Kəbəyə baxacaq.

İqtisadçılar yeni mehmanxanaların istifadəyə verilməsindən sonra krallığın həcc və ümrə mövsümündəki gəlirlərinin 27 milyard dollardan çox olacağını proqnozlaşdırırlar.

XS
SM
MD
LG