Keçid linkləri

2024, 29 Sentyabr, bazar, Bakı vaxtı 09:15
 Zamin Hacı
Zamin Hacı

AzadlıqLive - Zamin Hacı: Yusif peyğəmbər yuxusunda görməzdi ki...

Xəbərlər yenilənir

14:19 23.9.2015

Apple öz elektrik avtomobilini 4 ilə bazara çıxarmaq istəyir

"Apple" şirkəti öz elektrik avtomobilini 2019-cu ildə bazara çıxarmağı hədəf götürüb. Bunu işin içində olanlar «The Wall Street Journal» qəzetinə deyiblər. Ötən həftələrdə bu layihə üçün şirkət 600 nəfər işə götürüb. Avtomobilin dizaynı ilə bağlı hələ ki elə bir məlumat yoxdur. İnternetdəki fotolar da sadəcə təxminlərə əsaslanır. Avtomobilin dizaynını keçmiş «Ford» dizaynerlərindən Mark Newson öhdəsinə götürüb.

13:40 23.9.2015

Azərbaycan millisi lağa qoyuldu

Futzal üzrə Avropa çempionatının pley-off mərhələsinin cavab oyunları çərçivəsində Trnava şəhərində keçirilmiş Slovakiya - Azərbaycan qarşılaşması üçün hazırlanmış oyun proqramının üz qabığında və akkreditasiya vəsiqələrinin üzərində Azərbaycan millisinin oyunçusunun karikaturası verilib.

AFFA Slovakiya Futbol Federasiyasına, Futzal Federasiyasına və UEFA-ya etirazını bildirib. Karikaturanın hazırlanması və nəşri AFFA ilə razılaşdırılmayıb.

Foto AFFA saytındandır
Foto AFFA saytındandır
13:12 23.9.2015

Lewandowski: 9 dəqiqəyə 5 qol!

Bayernin hücumçusu Robert Lewandowski Wolfsburgla oyuna ikinci hissədə daxil olub və 9 dəqiqəyə 5 qol vurub. Bu, Almaniya futbol tarixində rekorddur.

13:03 23.9.2015

General Əsədullayevin oğlu ofsiantı bıçaqlayıb- [Video]

2015-ci il, aprelin 10-da Bakının Yasamal rayonunda fəaliyyət göstərən “Senator” restoranında bıçaqlanma hadisəsi baş vermişdi. Restoran xidmətçisini bıçaqladığına görə DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayev məhkəmə önünə çıxarılmış və 4 aylıq həbs qəti-imkan tədbiri ilə Kürdəxanıya göndərilmişdi.

MeydanTV restoranın təhlükəsizlik kameraları tərəfindən hadisəni əvvəldən axıra qədər qeydə alınmış hadisənin videosunu yayıb. Həmin videonu təqdim edirik.

Davamı

XS
SM
MD
LG