Keçid linkləri

2024, 29 Sentyabr, bazar, Bakı vaxtı 05:32
 Zamin Hacı
Zamin Hacı

AzadlıqLive - Zamin Hacı: Yusif peyğəmbər yuxusunda görməzdi ki...

Xəbərlər yenilənir

19:01 23.9.2015

Şahmar Mövsümov Tokida ticarət obyekti alınmasını uğurlu sayır

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) “Mitsubishi UFJ Trust and Banking Corporation” ilə birgə Yaponiyanın paytaxtı Tokio şəhərində yerləşən dəyəri 52,3 mlrd. yapon yeni olan "Kirarito Ginza" ticarət obyektini satın alıb. (1 dollar hazırda 120,2 yendir, yəni, neft fondu az qala yarım milyard dollar verib).

ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov Yaponiya daşınmaz əmlak investisiyası ilə bağlı məmnunluğunu bildirib: "Bu daşınmaz əmlaka investisiya qoyuluşunda əsas məqsəd, onun uzun müddət ərzində dəyərini qoruyub saxlanması, eləcə də orta və uzun müddətdə yüksək gəlirlilik potensialına malik olmasıdır".

17:31 23.9.2015

AZAL 8 kq əl yükünə icazə verdi

“Azərbaycan Hava Yolları” QSC (AZAL) bütün reyslərində əl yükünün icazə verilən çəkisini artırıb.

Bu barədə “APA-Economics”ə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib.

“Bundan sonra ekonom sinfin sərnişinləri çəkisi 8 kiloqrama, biznes sinfin müştəriləri isə çəkisi 15 kiloqrama qədər olan əl yükünü özləri ilə götürə bilərlər”, - deyə məlumatda qeyd olunur.

Bundan əvvəl əl yükünün icazə verilən maksimum çəkisi 5 kiloqram idi.

AZAL-ın reyslərində əl yükünün ölçüləri 55x35x20 sm-dən çox olmamalıdır.

17:18 23.9.2015

İbrahim Məmmədov haqda prezident sərəncamı

İbrahim Məmmədov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsindən azad edilib.

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.

17:03 23.9.2015

Adam bıçaqlayana 3 il şərti cəza?

İndi videosu yayılan və Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu olan Tamerlan Əsədullayev məhkəmə qərarı ilə cəmi 3 il şərti cəza alıb. Tamerlan Əsədullayev restoranda bir ofisiantı bıçaqlamaqda günahlandırılırdı, ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülmüşdü.

Məhkəmə hökmü barədə hüquqşünas Aslan İsmayılov AzadlıqRadiosuna müsahibəsində deyir ki, 30 illik təcrübəsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən şəxsə şərti cəza verilməsinin şahidi olmayıb:

“Belə hal ola bilməz, çünki bu, qanunla qadağandır. Hakim nəyə əsaslanıb belə bir qərar verib? Bilmirəm, hökmlə tanış deyiləm. Amma bəri başdan deyirəm ki, bu, qanunsuz hökmdür. Bu işdə azı 5 il azadlıqdan məhrumetmə cəzası var”.

Davamı

XS
SM
MD
LG