Keçid linkləri

2024, 28 Sentyabr, şənbə, Bakı vaxtı 21:22
 Zamin Hacı
Zamin Hacı

AzadlıqLive - Zamin Hacı: Yusif peyğəmbər yuxusunda görməzdi ki...

Xəbərlər yenilənir

18:47 21.9.2015

İlham Əliyevdən Seagala təklif

Azərbaycan prezidenti İlham Əliyev Bakıda Hollivud ulduzu və aikido ustası Steven Seagalla görüşdə ona Azərbaycanda işləməyi və yüksək dərəcəli idmançılar yetişdirməyi təklif edib. Prezidentin şəxsi təşəbbüsü barədə Seagal idmançılarla görüş zamanı bildirib. Steven Seagal Azərbaycanda ustad dərslərinin verilməsi ilə bağlı təkliflə razılaşdığını, eyni zamanda bu əməkdaşlığın yüksək nəticə verəcəyinə əmin olduğunu deyib.

İdmançılarla görüş Bakı "Crystal Hall"-da olub. Seagal idmançılarla söhbət zamanı bildirib ki, bundan sonra onun Bakıya mütəmadi səfərləri olacaq. Görüşün sonunda Steven Seagal hətta növbəti səfərinin noyabr ayında olacağını da vurğulayıb. (publika.az)

Xatırladaq ki, Seagalın aikidoda çox yüksək 7-ci danı var.

20:40 21.9.2015

Daha 50 nəfər də Ermənistandan Azərbaycana gəlmək istərdi

Azərbaycanda sığınacaq alan Vahan Martirosyan deyir ki, Ermənistanda daha 50 nəfər də Azərbaycana gəlmək istərdi. Bunu insan haqları müdafiəçisi Novella Cəfəroğlu AzadlıqLive-a Martirosyana istinadla bildirib. O deyir ki, Martirosyanın sözlərinə görə, onun elə öz tanış -bilişləri arasından təxminən 50 nəfəri Azərbaycana gəlmək istəyir.

Gözlə

No media source currently available

0:00 0:00:38 0:00
Direct-ə keçid

13:00 22.9.2015

Amerikalıların 75 faizi hökumətdə korrupsiya olduğunu düşünür

Ötən il hər dörd amerikalıdan üçü (75%) hökumətdə korrupsiyanın geniş yayıldığını düşünüb. 2007-ci ildə bu rəqəm 67, 2009-cu ildə isə 66% idi.

«Gallup» sorğu mərkəzi yazır ki, 2007-ci ildən rəqəmlər dəyişsə də, bu tendensiya 2010-cu ildən bəri sabit qalıb.

13:02 22.9.2015

Rus əsgəri seçim qarşısında : ya Suriya ya həbsxana

Suriyaya “ezamiyyət”ə getməkdən imtina edən bir neçə rusiyalı hərbçinin taleyi bu günlərdən məlum olacaq.

Davamı

XS
SM
MD
LG