Keçid linkləri

2024, 29 Sentyabr, bazar, Bakı vaxtı 03:20
 Zamin Hacı
Zamin Hacı

AzadlıqLive - Zamin Hacı: Yusif peyğəmbər yuxusunda görməzdi ki...

Xəbərlər yenilənir

20:39 22.9.2015

Tale Bağırzadə: MTN də çayxana kimi adi bir yerdir

Bunu ilahiyyatçı Tale Bağırzadə MTN-ə çağırılıb, ordan çıxandan sonra Azadlıq Radiosuna deyib.

13:00 23.9.2015

APTEKLƏRDƏ DƏRMAN TAPILMIR

«Bizim Yol» qəzeti yazır ki, sentyabrın 15-də 1057 adda dərmanının qiyməti ucuzlaşsa da, apteklərdə dərman tapılmır. Dərman üçün apteklərə gələnlərin çoxu əliboş qayıdır. Mətbuat icmalı

13:03 23.9.2015

General Əsədullayevin oğlu ofsiantı bıçaqlayıb- [Video]

2015-ci il, aprelin 10-da Bakının Yasamal rayonunda fəaliyyət göstərən “Senator” restoranında bıçaqlanma hadisəsi baş vermişdi. Restoran xidmətçisini bıçaqladığına görə DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayev məhkəmə önünə çıxarılmış və 4 aylıq həbs qəti-imkan tədbiri ilə Kürdəxanıya göndərilmişdi.

MeydanTV restoranın təhlükəsizlik kameraları tərəfindən hadisəni əvvəldən axıra qədər qeydə alınmış hadisənin videosunu yayıb. Həmin videonu təqdim edirik.

13:12 23.9.2015

Lewandowski: 9 dəqiqəyə 5 qol!

Bayernin hücumçusu Robert Lewandowski Wolfsburgla oyuna ikinci hissədə daxil olub və 9 dəqiqəyə 5 qol vurub. Bu, Almaniya futbol tarixində rekorddur.

Davamı

XS
SM
MD
LG