Keçid linkləri

2024, 29 Sentyabr, bazar, Bakı vaxtı 13:38
 Zamin Hacı
Zamin Hacı

AzadlıqLive - Zamin Hacı: Yusif peyğəmbər yuxusunda görməzdi ki...

Xəbərlər yenilənir

14:44 24.9.2015

Azərbaycanlı zəvvarlar sağ-salamatdır

Azərbaycandan olan zəvvarlar sağ-salamatdır. Onlara xətər dəyməyib. Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Sabir Həsənli AzadlıqRadiosuna belə deyib.

"İndicə ordakı yaxınlarla əlaqə saxladım, bildirdilər ki, salamtlıqdır", -söyləyib Sabir Həsənli.

15:10 24.9.2015

Ölənlərin sayı 310 oldu

Səudiyyə Ərəbistanında həcc ziyarəti-şeytana daşatma mərasimi zamanı baş verən basabasda azı 310 nəfərin öldüyü, 450 nəfərin yaralandığı xəbər verilir.

İnsident Məkkənin təxminən 15 kilometrliyində baş verib.

15:29 24.9.2015

Məkkədə olan QMİ sədrinin müavini də deyir ki, azərbaycanlılar arasında xəsarət alan yoxdur

Məkkədə ziyarətdə olan QMİ sədrinin müavini Hacı Salman Musayev də AzadlıqRadiosuna deyib ki, Mina dağındakı bədbəxt hadisə nəticəsində azərbaycanlı zəvvarlar arasında yaralanan və ya ölən olmayıb: "İnşallah bizim hacılarla o xəbərlərin əlaqəsi yoxdur. Bizim hacılar sağ-salamatdırlar".

17:21 24.9.2015

Avropa Şurası Nazirlər Kabineti İlqar Məmmədovun dərhal azad olunmasını tələb edir

"İlqar Məmmədov dərhal azadlığa buraxılmalıdır, Azərbaycan hakimiyyəti onun fiziki durumuna zəmanət verməlidir."

Avropa Şurası Nazirlər Komitəsinin sentyabrın 24-də qəbul etdiyi aralıq qətnamədə belə deyilir.

Davamı

XS
SM
MD
LG