Keçid linkləri

2024, 29 Sentyabr, bazar, Bakı vaxtı 19:27
 Zamin Hacı
Zamin Hacı

AzadlıqLive - Zamin Hacı: Yusif peyğəmbər yuxusunda görməzdi ki...

Xəbərlər yenilənir

13:32 25.9.2015

Kadyrov Məkkədə ölənlərə həsəd aparır

Çeçenistan lideri Ramzan Kadyrov bildirib ki, Məkkədə həcc ziyarətində həyatını itirmiş insanlara həsəd aparır, çünki onlar müsəlmanların müqəddəs məkanında ölüblər.

“Onlar ən müqəddəs gündə, müsəlmanların ən müqəddəs məkanında dünyasını dəyişib. Buna görə də çox xoşbəxt insanlardı, biz onlara həsəd aparırıq. Allah qoysa biz onlarla cənnətdə görüşərik,”- o bunu RSN xəbər agentliyinə bildirib.

14:13 25.9.2015

Həcc tarixində ən böyük fəlakətlər(siyahı)

1990-cı ilin iyulu: Məkkə yaxınlığında al-Muaissem tunelində kondensioner sisteminin sıradan çıxması ilə 1426 zəvvar öldü. Həmin gün Qurban bayramı və Həcc ziyarətində şeytana daş atılması mərasimi idi. Bütün siyahı burada

14:30 25.9.2015

Rusiya 5 rayonu qaytartdırır, əvəzində...

Yeni Müsavat yazır ki, rusiyalı politoloq İvan Preobrajenskinin “Deutsche Wellle” alman nəşrində “Rusiya Suriyaya Qarabağdan yol axtarır” analitik məqaləsi dərc edilib.Məqalədə deyilir ki, Rusiyanın 2 əsas hədəfi var: Birincisi – dondurulmuş vəziyyətdən çıxmaq üzrə olan Qarabağ konfliktinin təzədən qızışmasına imkan verməmək.Moskvanın ikinci hədəfi – (əgər ehtiyac yaranarsa) Azərbaycanın ərazisindən və hava məkanından Suriyaya tranzit yol təmin eləməkdir. Bunun əvəzində Bakıya 5 rayon qaytarılır.

15:44 25.9.2015

Svetlana Medvedeva və Mehriban Əliyevanın birgə layihəsi

“Rusiya ilə Azərbaycan arasında humanitar əlaqələr bu gün xüsusilə əhəmiyyətli və dəyərlidir. Mən ümidvaram ki, Heydər Əliyev Fondu və Sosial-Mədəni Təşəbbüslər Fondu arasında əməkdaşlıq daha fəal olacaq”.

Bunu Avrasiya Qadınlar Forumunda iştirak edən Sosial-Mədəni Təşəbbüslər Fondunun prezidenti və Rusiya baş naziri Dmitri Medvedevin xanımı Svetlana Medvedeva AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib.

O vurğulayıb ki, Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu və özünün başçılıq etdiyi xeyriyyə fondu birgə səyləri ilə qadınların və uşaqların sağlamlığının qorunmasına yönələn çoxlu məsələləri həll edə bilərlər. “Qadınlar öz yumşaq siyasətləri nəticəsində xeyirxah təşəbbüslərə qadirdirlər. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu və Sosial-Mədəni Təşəbbüslər Fondu mühüm məsələləri birlikdə həll edə bilərlər. Mən əminəm ki, biz gələcəkdə mütləq bu işləri həyata keçirəcəyik və sıx, məhsuldar əməkdaşlığa görə şad olacağıq”, - deyə S.Medvedeva sonda bildirib.

Davamı

XS
SM
MD
LG