Keçid linkləri

2024, 29 Sentyabr, bazar, Bakı vaxtı 11:22
Arif Məmmədov - 2014
Arif Məmmədov - 2014

AzadlıqLive - Eks-diplomat naziri qətiyyətsizlikdə günahlandırır

Azərbaycanda və dünyada baş verən xəbərlər...

Azərbaycanda və dünyada baş verən xəbərlər...

İlham Əliyev: "Vəzifəmiz Avrasiyadakı böhrandan qorunmaqdır"

Azərbaycan prezidenti İlham Əliyev iqtisadiiyyata və 2016-cı ilin dövlət büdcəsinin hazırlıq işlərinə həsr edilmiş müşavirədə deyib ki, “Dünyada dərin iqtisadi və maliyyə böhranı davam edir. Xüsusilə Avrasiya məkanında bu böhran daha ciddi forma alıb. Həm Avropada, həm də Asiyada iqtisadi tənəzzül müşahidə olunur”."Biz görürük ki, bu böhranın əsas səbəbləri sabitliyin pozulması və bəzi ölkələrin siyasi maraqlarıdır."“Bizim vəzifəmiz isə ondan ibarətdir ki, ölkə iqtisadiyyatını maksimum dərəcədə dünyada gedən mənfi proseslərdən qoruyaq."

Rusiyanın himnini səhv saldılar

ABŞ-da keçirilən yunan-roma güləşi üzrə dünya çempionatında təşkilatçılar mükafatdırma mərasimi zamanı Rusiyanın himnini səhv salıblar. 75 kiloqram çəki dərəcəsində qızıl medal qazanan Roman Vlasov təşkilatçılara yanlışlığa yol verildiyini başa salmağa çalışıb. Bu zaman himn yarımçıq kəsilib və sonda yanlışlıq aradan qaldırılıb.

500-dən çox bal toplayanlara əlavə 100 manat

Təhsil Nazirliyi müəllimlik ixtisasına qəbul olunmuş tələbələr üçün xüsusi stimullaşdırma layihəsini yeni tədris ilində davam etdirir.

"Qafqazinfo"ya nazirlikdən daxil olan məlumata görə, layihəyə uyğun olaraq, bu il də ali təhsil müəssisələrinə qəbulda 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci müəllimlik ixtisasını qeyd edən ilk 300 tələbəyə 100 manat məbləğində əlavə təqaüd veriləcək. Bununla, bu proqram çərçivəsində “Gələcəyin müəllimi” təqaüdü alan tələbələrin sayı 600 nəfərə çatacaq.

Platini Bakıya gəlir

UEFA-nın prezidenti, FIFA prezidenti vəzifəsinə namizəd M. Platini oktybarda Bakıya gəlir. Səfər çərçivəsində UEFA prezidenti Mərdəkan qəsəbəsindəki AFFA Futbol Mərkəzinin ərazisində inşa olunmuş təlim-məşq bazasının açılışında iştirak edəcək. O, Avro-2016-nın seçmə mərhələsində oktyabrın 10-da Bakı Olimpiya Stadionunda Azərbaycan – İtaliya oyununu izləyəcək.

Davamı

XS
SM
MD
LG