"Xankəndidə hələ Azərbaycan polisi olmayacaq... Bəzi məntəqələrə birgə nəzarət olacaq"
Bu sözləri Azadlıq Radiosunun İzahla buraxılışının qonağı olan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev deyib.
Fərid Şəfiyev İzahla proqramının buraxılışında jurnalist Ülviyyə Əsədzadə ilə Qarabağdakı son durumu müzakirə edib.
Şəfiyevin sözlərinə görə, Azərbaycan höküməti Qarabağ erməniləri ilə bağlı sosial-iqtisadi paket açıqlayacaq. Təhlilçi eyni zamanda kimlərin Azərbaycan vətəndaşlığına qəbul ediləcəyi ilə bağlı şərtlərin də müəyyənləşəcəyini deyir:
Fərid Şəfiyev amnistiya ilə bağlı şərtlərin açıqlanacağını da qeyd edib.
Son günlər baş verənlər
- Sentyabrın 19-da rəsmi Bakı "lokal antiterror tədbirləri"nə başladığını elan edərək erməni silahlı qüvvələrinin regiondan çıxarılmasını tələb edib.
- Sentyabrın 20-də hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə olunduğu açıqlandı. Açıqlamaya görə, razılığa əsasən, Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.
Xatırlatma
- 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə (Xocavənd rayonu daxil) və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
- Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.