20-dən artıq hərbçi həlak oldu

Pakistanla Əfqanıstan arasındakı sərhəd-keçid məntəqəsində partlayış olub. 20-dən artıq Pakistan hərbçisi həlak olub. Partlayışı intiharçı törədib.

Sərhədçilər iftar açmaq üçün yeməyə yığışan vaxt intiharçı onlara yaxınlaşıb özünü partladıb.

Bu, Talibanın Pakistandakı lideri Beytullah Məsudun ABŞ-ın hava zərbəsi nəticəsində öldürülməsindən sonra Pakistan təhlükəsizlik qüvvələrinə qarşı olan ilk böyük terror aktıdır.