Həmsədrlər Azərbaycana gəlir

ATƏT-in Minsk Qrupunun həmsədrləri Bernar Fasie, Yuri Merzlyakov, Robert Bradtke

Aprelin 20-də ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov Azərbaycana gəlib.

Amerikalı həmsədr Robert Bradtkenin bu gün günorta saatlarında Bakıya gəlməsi gözlənilir.

Fransalı həmsədr Bernar Fasie bu dəfə heyətdə olmayacaq. Həmsədrlər Azərbaycan rəsmləri ilə görüşüb, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə dair müzakirələr aparacaqlar.

Bu barədə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov məlumat verib.

Bu, Yuri Merzlyakovun həmsədr qismində regiona sonuncu səfəridir.

Həmsədrlər bundan əvvəl İrəvan və Xankəndində olublar.