Emin Milli həbsxanaya qayıtdı

Emin Milli

İyunun 29-da atasının yas mərasiminə buraxılan məhbus bloqqer Emin Milli iyulun 5-i səhər saatlarında 5 saylı Cəzaçəkmə Müəssisəsinə qayıdıb.

Bloqqerin bacısı Afət Abdullayeva deyir ki, Emin Milli atasının yeddi mərasimində iştirak edə bilməyəcəyinə çox üzülüb:

«Bilmirsən atana ağlayasan, yoxsa qardaşına. Atamız rəhmətə gedib. Düzdür, yaşlı adam idi, ölüm haqdır, amma... Bilmirsən nəyi deyəsən, nə qalsın... Biz ümid edirik ki, Emin tezliklə azadlığa çıxacaq. Ümid heç vaxt ölmür».

Bloqqerin atası Paşa Abdullayev iyunun 29-u vəfat edib və Neftçala rayonunun Oryat kəndində dəfn olunub.

Emin Milli 2009-cu il iyulun 8-də Bakının «Livan» restoranında davadan sonra tutulub. Onu xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham edib 2 il 6 ay iş veriblər. / Media Forum /