Rusiya müxalifəti 6 may yürüşünə hazırlaşır

Rusiya müxalifəti mayın 6-da nəzərdə tutulmuş “Milyonların yürüşü”na hazırlığa başlayıb.

Bu barədə müxalifətin şənbə günü Moskvanın Yeni Puşkin meydanında mətbuat konfransı formatında keçirdiyi tədbirdə bəyan edilib.

Müxalifət liderlərindən biri Boris Nemtsov növbəti etiraz formalarının ictimai müzakirəyə çıxarılacağını deyib.