Donetskdə atışmalar davam edir (VİDEO)

Sizin brauzer HTML5-i dəstəkləmir

Donetsk ətrafında atəşkəs pozulur (Döyüş səhnələri)

Ötən gecə Donetskdə atışma nəticəsində bir neçə yaşayış evi tamamilə dağıdılıb. Şəhər şurasının saytında bildirilir ki, idarələrdən birinin binasına partlamamış mərmi düşüb, hadisə yerinə xüsusi briqada göndərilib.

Şəhər sakinlərinin sözlərinə görə ki, səhərdən bəri şəhərdə partlayış və atışma səsləri eşidilir, zərərçəkənlər barədə məlumat yoxdur.

Bazar gününə keçən gecə Donetsk aeroportu ərazisində hərbçilərin mövqeləri atəşə tutulub. Ümumilikdə, ötən sutka ərzində separatçılar atəşkəs rejimini 14 dəfə pozublar. Ukrayna ordusu cavab atəşi açıb. Hərbçilər arasında da itkilər yoxdur.

Özünü “Donetsk xalq respublikası” adlandıran qurumun təmsilçiləri bildirib ki, Donetsk aeroportunun terminallarından biri onların nəzarətinə keçib. Aeroport bir neçə aydır hərbçilərin əlindədir. RİA Novosti öz mənbələrinə istinadla yazır ki, hərbçilər aeroport ərazisindən Donetskin özünü atəşə tuturlar. Ukrayna hakimiyyətin informasiyanı təsdiqləməyib.

Sentyabrın 5-də Donbassda atəşkəs elan olunandan, separatçılar və hərbçilər bir-birini atəşkəsi periodik pozmaqda ittiham edir. Ancaq həm münaqişə tərəfləri, həm də beynəlxalq müşahidəçilər atəşkəsin ümumilikdə saxlandığını bildirir.