Türkmənistanda prezidentlik üçün yaş həddi götürülür

Gurbanguly Berdymukhammedov

Türkmənistan parlamenti prezidentlik üçün qoyulmuş 70 yaş həddinin götürülməsi ilə bağlı konstitusiyaya düzəliş edilməsini müzakirə edir.

Parlamentin sədri Akdzha Nurberdyeva bildirib ki, konstitusiya komissiyası həmçinin prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılmasına çalışacaq.

Bu 57 yaşlı prezident Gurbanguly Berdymukhammedovun ömürlük dövlət başçısı olmasına yol açır.

O 2006-cı ildən prezidentdir.