Yerevanda aksiya gözlənilir

Foto arxiv

İyulun 17-də Yerevanda yenidən elektrik enerjisinin bahalaşmasına etiraz olaraq aksiya gözlənilir.

Bu aksiyanı “Qalx, Ermənistan” hərəkatı təşkil edib.

Bu informasiya təşkilatın Facebook səhifəsində yerləşdirilib.

Bundan əvvəl, iyunun 19-dan iyulun 6-dək də eyni səbəbdən etiraz aksiyaçı keçirilmişdi.

Amma sonda polis aksiyanı dağıtdı.

Hakimiyyət həmin vaxt tariflərə yenidən bağılacağını vəd eləmişdi.