Fransa rəsmisi İrana gedir

Laurent Fabius

Fransanın xarici işlər naziri Laurent Fabius gələn həftə İrana rəsmi səfərə gedəcək.

Bunu iyulun 21-də Fransa radiosuna Fabiusun özü deyib.

Səfər zamanı onun prezident Hassan Rohani ilə görüşü nəzərdə tutulur.

Fabiusun köməkçisinin France-Press agentliyinə verdiyi məlumata görə, səfər iyulun 29-da olmalıdır.

Qeyd edək ki, səfər İranın nüvə proqramı ilə bağlı iyulun 14-də Vyanada əldə edilmiş yekun nüvə sazişindən sonraya təsadüf edir.

Almaniyanın iqtisadiyyat naziri Sigmar Gabriel də iyulun 20-də Tehrana səfər edib.

Bu son 13 il ərzində nazir səviyyəsində Almaniya rəsmisinin İrana ilk səfəridir.

2016-cı ildə Tehranda Almaniya-İran iqtisadi komissiyasının görüşü gözlənilir.