"Vışehrad" qrupu miqrantlardan narahatdır

Foto arxiv

Polşanın baş naziri Ewa Kopacz Avropa Şurasını miqrant probleminin həlli yollarını müzakirə etməyə çağırıb.

O qeyd edib ki, əgər Avropaya qaçqın axını çoxalsa vəziyyət nəzarətdən çıxacaq.

Baş nazir sentyabrın 4-də Praqada Cexiya, Slovakiya və macarıstanlı həmkarları ilə görüşdən sonra miqrant qəbulu ilə bağlı kvotaya qarşı olduğunu bildirib.

Qeyd edək ki, bu ölkələr Vışehrad qrupuna daxildir.

Ümumilikdə hazırda müharibə gedən Suriya, İraq, Əfqanıstan və digər Yaxın Şərq ölkələrindən Avropaya 350 mindən çox miqrant gəldiyi bildirilir.

Fransa ilə Almaniya hesab edir ki, Avropa Birliyi ölkələrinin hər biri müəyyən miqdarda qaçqın qəbul etməlidir.

Vışehrad qrupuna daxil olan Çexiya,Macarıstan,Polşa və Slovakiya isə kvota ideasına qarşıdırlar.