Qurban bayramıdır

Bakıda qoyun bazarı

-

Sentyabrın 24-də bütün müsəlman dünyası kimi Azərbaycan da Qurban bayramını qeyd edir.

Bu münasibətlə ölkədə iki gün qeyri-iş günüdür.

Sentyabrın 24-də ölkədə bayram namazı qılınacaq. Bundan sonra qurbanlar kəsiləcək.

Qurban bayramı hər il Hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir.