Məkkədə ölənlərin sayı 700 nəfəri ötdü

Foto arxiv

Səudiyyə Ərəbistanında həcc ziyarəti-şeytana daşatma mərasimi zamanı baş verən basabasda 700-dən çox adamın öldüyü, 800-dən çox adamınsa yaralandığı xəbər verilir.

İnsident Məkkənin təxminən 15 kilometrliyində baş verib.

Yerli hakimiyyət ölü sayının artacağını istisna eləmir.

Bundan əvvəl-sentyabrın 11-də Məkkədə qaldırıcı kranın aşması nəticəsində isə 111 nəfər ölüb.

Məlumatlara görə bu il Həcc ziyarətinə164 ölkədən 1,3 milyon nəfər gedib.