Ödəmə qabiliyyətini itirən banklarla bağlı fərman verildi

İlham Əliyev sənəd imzalayarkən.

Prezident mayın 3-də ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi qaydasının təsdiq edilməsi ilə bağlı fərman verib.

Bu, ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası (tez bir vaxtda maliyyə bazarından az itki ilə çıxarılması) və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi qaydasını müəyyən edir.

Buna da bax: 'Hansı yazıda, hansı cümlədə hansı qanunun hansı bəndi pozulub?'

Sənədə əsasən qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsindən əvvəl bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının rəyi alınmalıdır.

Maliyyə Bazarlarına Nəzarət Palatası bu rəyi 20 (iyirmi) gün müddətində verilməlidir.

Bundan başqa, ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi mülki-hüquqi müqavilələrə uyğun həyata keçirilməlidir.

Buna da bax: 'Paşa Holding' yeni daşınmaz əmlak şirkəti yaradıb

Sənəddə vurğulanır ki, təqdim edilən qeyri-işlək (toksik) aktivlərin dəyərini müqavilə tərəflərinin qarşılıqlı razılığı əsasında müstəqil qiymətləndirici müəyyən etməlidir.

Ötən il Azərbaycanda 10-dan çox bank bağlanıb. Bu onların öhdəlikləri yerinə yetirə bilməmələri ilə izah edilib. Ekspertlər yaxın gələcəkdə də bəzi bankların bağlanacağını istisna etmirdilər. Buna səbəb kimi onların ödəmə qabiliyyətini itirmələri göstərilirdi.