Başqalarını yoluxduranları həbs gözləyir

Düşənbə

Tacikistan parlamenti koronavirusu səhlənkarlıqdan digərlərinə yoluxdurmağı kriminallaşdırıb.

İyunun 10-da qəbul olunmuş qanun layihəsində deyilir ki, xəstəliyi diqqətsizlik edərək ilk dəfə başqalarına yoluxduranları 2 ildən 5 ilədək həbs gözləyir. Kimsə xəstəliyi bir dəfədən artıq başqasına keçirərsə 10 ilədək həbsə məhkum edilə bilər.

Virusu bilərəkdən yaydığı aşkarlanan şəxs də 10 ilədək həbs cəzası ala bilər.

Buna da bax: Xəstəxanaları bir neçə günə dolan ölkə

Cərimələr də müəyyənləşib

Parlamentin aşağı palatasının Qanunvericilik və insan haqları komitəsinin sədr müavini Ravshan Rajabzoda AzadlıqRadiosunun Tacikistan xidmətinə deyib ki, qanunun məqsədi insanları cəzalandırmaqdır.

“Məqsəd hələ də ölkəmizdə mövcud olan yoluxucu xəstəliyin qarşısını almaqdır”, – o vurğulayıb.

Parlament həmçinin ictimaiyyət arasında maska taxmayan, yaxud 2 metrlik fiziki məsafə qaydasına əməl etməyənlər üçün 28 dollaradək cərimə tətbiq edib.

Buna da bax: Rusiyadan çıxa və... gedə bilməyən miqrantlar

Cinayət Məcəlləsinə digər dəyişikliklərdə koronavirus haqda saxta informasiya yayan fərdlər üçün 112 dollar, hüquqi şəxslər üçün 11 min dollar cərimə müəyyənləşib.

Tacikistanın avtoritar hökuməti ilkin olaraq ölkədə koronavirusa yoluxmanın olmadığını deyirdi. Prezident Emomali Rahmon sosial məsafə və xəstəliyin yayılmasına qarşı digər tədbirlərlə bağlı beynəlxalq ekspertlərin xəbərdarlığını qulaq ardına vururdu.

Rəsmi rəqəmlərə görə, Tacikistanda virusa 4 min 690 nəfər yoluxub, 48 nəfər vəfat edib.