Dərslər vaxtında başlayacaqmı? Başlayacaqsa, necə?

Sizin brauzer HTML5-i dəstəkləmir

Məktəblər nə vaxt açılır? - Nazir nə düşünür?

Avqustun 17-də Təhsil naziri Emin Əmrullayev Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri ilə videokonfrans keçirib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, konfransda dünyanı bürüyən COVID-19 pandemiyası şəraitində növbəti tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin bərpası ilə bağlı məsələlər müzakirə olunub.

Nazir risklərdən danışıb

Açıqlamaya görə, E.Əmrullayev normal şəkildə təhsilə davam ediləcəyi təqdirdə COVID-19-a yoluxma sürəti ilə bağlı araşdırmaların nəticələri barədə məlumat verib. O, təhsil adi qaydada davam edərsə, insanların hərəkətlilik səviyyəsinin nəzərə alınmasının vacibliyini vurğulayıb, bunun müəyyən risklər yarada biləcəyini qeyd edib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Bakı çimərliklərindəki sıxlıq xəstəliyin artmasına yol açırmı?

"Nazir növbəti tədris ili üçün təhsil müəssisələrinin fəaliyyətinin bərpası ilə bağlı Təhsil İnstitutunun verdiyi təklifləri səsləndirdi. Qeyd edildi ki, "yaşıl", "sarı", "narıncı" və "qırmızı" zonalarda təhsilin bütün davamiyyət formaları barədə araşdırmalar aparılıb və təkliflər verilib...", - məlumatda yazılıb.

Komitə sədri qarışıq təhsil modelini daha məqsədəuyğun sayır

Məlumata görə, Komitə sədri Bəxtiyar Əliyev də çıxışında indiki məqamda qarışıq təhsil modelinin (onlayn və sinif otağında) daha məqsədəuyğun olması ehtimalını dilə gətirib: "O, 11 mart 2020-ci il tarixindən fəaliyyətə başlamış əksər fənlər üzrə ölkənin iki telekanalında dərslərin yayımının şagird və tələbələr üçün çox faydalı olduğunu və bunun davam etdirilməsinin zəruriliyini qeyd etdi".

Sizin brauzer HTML5-i dəstəkləmir

Müəllimə online təhsildə tələbələri 'yükləməyin' deyir

İki ssenari

Azərbaycan Təhsil İnstitutu ötən həftə COVID-19 şəraitində yeni tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı təklif və tövsiyələri əks etdirən araşdırma nəticələrini ictimaiyyətə təqdim etmişdi.

İnstitut növbəti tədris ili ilə bağlı iki ssenari təklif edirdi.

"Birinci ssenari tədrisin məsafədən təşkilini nəzərdə tutur. Belə ki, təhsil müəssisələrinin fəaliyyəti ənənəvi qaydada bərpa olunmur, 2020-ci ilin mart-iyun aylarında respublikanın təhsil müəssisələrində tətbiq edilən yanaşma davam etdirilir və tədris prosesi məsafədən həyata keçirilir",-təkliflərdə yazılırdı.

İkinci ssenari isə tədrisin qarışıq (onlayn və sinif otağında) modelinin tətbiqini nəzərdə tutur: "Burada məktəblər xüsusi şərtlər və diferensial yanaşma tətbiq edilməklə mərhələli şəkildə açılır, məzmunun bir hissəsi məsafədən tədris edilir. Daxili sanitar-epidemioloji qaydalara ciddi nəzarət edilir və açılan məktəblərdə epidemioloji nəzarət, hərarət yoxlama, izolyasiya və s. kimi tədbirlərin həyata keçirilməsi tövsiyə edilir".

Sizin brauzer HTML5-i dəstəkləmir

Rusiyanın koronavirusa qarşı peyvəndi qeydiyyatdan keçdi

Azərbaycanda ötən dərs ilində dərslər yeni koronavirusla bağlı martın 3-dən dayandırılmışdı. Dərslər tədris ilinin sonuna kimi bərpa edilmədi. Yeni dərs ili, adətən, sentyabrın 15-də başlayır.

Azərbaycan rəsmiləri bundan əvvəl bildiriblər ki, dərslərin vaxtında başlaması epidemiyanın yayılma dinamikasından asılıdır.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 21 milyon 852 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq, 773 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə indiyə qədər rəsmən 34 min 219 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 506 nəfərin vəfat etdiyi açıqlanıb.

Rəsmi qurumların bildirməsinə görə, bundan başqa Azərbaycanda əlavə evdə müalicə alan koronavirus xəstələri də var.