Bloqqer Mehman Hüseynovun təxribatla üzləşdiyi deyilir

Bloqqer Mehman Hüseynov

Bu gün, dekabrın 23-də bloqqer Mehman Hüseynovun təxribatla üzləşdiyi bildirilir.

Bu haqda onun dostları xəbər yayıblar. Onların bildirdiyinə görə, günorta evdən çıxandan etibarən bloqqeri naməlum adamlar izləməyə başlayıb.

“M.Hüseynov bərbərə gedib. Ancaq orda da eyni adamların ətrafda dolaşdığını müşahidə edib.

*Youtube Kanalımıza abunə olun - daha ətraflı video orda olacaq

Salondan çıxdığında həmin şəxslərdən biri yaxınlaşaraq Mehman Hüseynova çiyinlə toxunub. Ardınca bloqqerin qolundan tutaraq onu davaya çəkmək istəyib. Bunun təxribat olduğunu düşünən M.Hüseynov ərazidən qaçıb” - məlumatda qeyd edilir.

Dostlarının deməsinə görə, Mehman Hüseynov ehtimal edir ki, ola bilsin, onu da jurnalist Seymur Həzi kimi təxribata çəkib, sonra da xuliqanlıqda ittiham edib həbs etmək istəyirlər.

Buna da bax: FPC azərbaycanlı fəalların xaricdə də təqib edildiyini yazır

Bloqqer dostlarına bildirib ki, “başına nə iş gəlsə, arxasında villalarını çəkib, göstərdiyi nazirlərin durduğunu düşünür”.

Hazırda bloqqerin telefonuna zəng çatmır.

Son vaxtlar bloqqer öz səhifəsində bir neçə villaların görüntülərini yayıb. O, həmin villaların nazirlərə, deputatlara məxsus olduğunu açıqlayıb.

Buna da bax: Mehman Hüseynov: 'Əminiydilər ki, villanı çəkməmişəm'

Bloqqeri bundan əvvəl Bakı polisinə çağıraraq, ona sosial şəbəkələrdəki statusları ilə bağlı iradlar bildirilmişdi.