Əyalətlərdə internetin sürətindən şikayətlər

Asən Həşimov, Astara, 11 avqust 2018

“İnternet zəifdir. Ayda 30 manat ödəyirəm. Güya mənə 4 MB sürət veirirlər.Amma o sürət yoxdur. Kollektiv şəkildə şikayətə gedəcəyik. Provayder deyir ki, telekommunikasiya qovşağı günahkardır.Onlar isə xətlərdə nasazlığın olduğunu bildirir.”

Astara şəhərində internet kulubun sahibi Asən Həşimli belə deyir.

Onun fikrincə, bölgələrdə internetin keyfiyyətini yaxşılaşdırmaqdan ötrü ciddi bir iş görülmür.

Digər internet klubun sahibi, özünü Mehman adı ilə təqdim edən sahibkar da internetin gücündən şikayət edir:

“İşləmək olmur. Ayda internetə görə, 20 manat ödəyirəm.İnternet son vaxtları lap pisləşib. Elə gün olur ki, 1-2 dəfə kəsilir.Yaxşı olduğu günlər də olur. Zəifdir, keyfiyyətsizdir.”

“İnternet klublarına gələnlərin sayı azalıb”

Lənkəran şəhərində internet klub işlədən, amma adının çəkilməsini istəməyən bir sahibkar da internetin zəif olduğunu bildirir:

“İnternet klublarına gələnlərin sayı azalıb. Həmişə keyfiyyətli internet olsa belə olmaz. Evlərdə internetdən istifadə edənlərin sayı da artıb.Ona görə də internet klubları əyləncə yerlərinə çevirilirlər. Qazanc da azdır. İnternet bahadır, keyfiyyəti aşağı. Bir saat kompüterin arxasında əyləşirsən internetin sürəti bir neçə dəfə dəyişir, azalır-çoxalır.Hələ bizim klub şəhərdə yerləşir.”

Mərkəzi Masallıda yerləşən “Cənub Press” internet qəzetin sahibi Mirələm Həşimov-un sözlərinə görə, abuna olduğu pravayderlə heş bir problemi yoxdu:

“Kəndlərdə internetin keyfiyyəti aşağıdır”

“Kəndlər haqqında bunu demək olmaz. Kəndlərə gedən xətlərdə 2 yerdə qırıq varsa keyfiyyətini itirir. Rayonun kəndlərində internetin keyfiyyəti aşağıdır.”

Cənub bölgəsində adının çəkilməsini istəməyən bir internet mütəxəssisin deməsinə görə, bu sahədə rəqabət yoxdur:

“ Rəqabət yoxdur”

“İnternet bizdə digər ölkələrə nisbətən bahadır. Bu sahədə özəl provayderlərin xərci dövlət provayderlərin xərcindən çoxdur.Sürət aşağıdır, modem zəifdir.Viruslar var. Bunlar hamsı internetin keyfiyyətinə təsir edir.”

Onun sözlərinə görə, Azərbayacan internetin sürətinə görə qonşu ölkələrdən də geri qalır.

Rəsmilər nə deyir?

Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı kəndlərdə internetin zəif olması fikri ilə razılaşır:

“Masallı rayonunda rəsmi olaraq 12 min internet istifadəçisi var. Bunlar modemi olanlardır.Təxminən rayonda 50 mindən çox internet istifadəçisi var.İndiki gənclər əsasən internetdən telefon vasitəsi ilə istifadə edirlər.O sahədə müvafiq nazirliklər iş görürlər.”

Astara Telekommunikasiya Qovşağı-ndan isə şikayətlərə münasibət almaq mümkün olmadı. Ancaq qurumun adının çəkilməsini istəməyən bir işçisinin deməsinə görə, şikayətlərə fərdi yanaşmaq lazımdır. Onun vurğulamasına görə, ucqar ərazilərə verilən internetin zəif olması ehtimalı var