Gələcək hədəf

Noyabrda Bakıda COP29 beynəlxalq iqlim sammiti keçiriləcək. Sammit ərəfəsində bir sıra beynəlxalq təşkilatlar Azərbaycanı siyasi məhbusları azad etməyə çağırırlar. Bəzi yerli hüquq-müdafiə təşkilatları və ictimai fəalların hesablamalarına görə, Azərbaycanda hazırda 300 civarında siyasi məhbus var. Ölkə rəsmiləri isə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar siyasi məhbus sayılan şəxslərin sırf törətdikləri əmələ görə məsuliyyətə alındığını vurğulayırlar.