ABŞ-dan milyarder biznesmen İlon Mask Twitter-də Rusiya ilə Ukrayna arasında sülhün əldə olunması üçün dörd şərt irəli sürüb. O təklif edib ki, Krım Rusiyanın tərkibində qalsın, anneksiya edilmiş Ukrayna ərazilərində BMT-nin müşahidəsi altında təkrar referendum keçirilsin.
“Krım rəsmən Rusiyanın tərkibindədir, 1783-cü ildən bəri (Xruşovun səhvinədək) belə olub”, – Mask təkliflərinin ikinci bəndində yazır. Onun fikrincə, Krıma su təchizatıyla bağlı zəmanət verilsin, Ukrayna isə neytral statusunu saxlasın.
Ukraine-Russia Peace:- Redo elections of annexed regions under UN supervision. Russia leaves if that is will of the people.- Crimea formally part of Russia, as it has been since 1783 (until Khrushchev’s mistake).- Water supply to Crimea assured.- Ukraine remains neutral.
— Elon Musk (@elonmusk) October 3, 2022
“İlon, sən yaxşı oğlansan”
Bu tvit dünyada hiddət və tənqidə səbəb olub. “KyivPost” nəşri yazıb: “İlon, sən yaxşı oğlansan, Starlink-ə görə çox sağ ol. Amma yaxşı olardı ki, bildiyin şeylərlə bağlı səsvermə keçirəsən. Biz aparteid və Nelson Mandelayla bağlı səsvermə keçirmirik”.
Tvitin dərci, ona reaksiyalardan sonra Maskın təsisçisi və sahibi olduğu Tesla şirkətinin səhmləri 8% ucuzlaşıb.
Sizin brauzer HTML5-i dəstəkləmir
“Roskosmos”un keçmiş rəhbəri Dmitri Roqozin Telegram kanalında yazıb ki, Mask bu bəyanatı CrewDragon gəmisinin Beynəlxalq Kosmik Stansiyaya uçuşundan öncə verib. Həmin gəmidə “Roskosmos”un kosmonavtı Anna Kikina da uçacaq. “Görün, rus qadını amerikalıya neyləyib”, – Roqozin yazıb.
Ukrayna prezidentinin müşaviri Mixail Podolyak ölkəsinin Rusiya ilə sülh bağlamasının parametrlərini sadalayıb: “Ukrayna öz ərazilərini azad edir. İlhaq edilmiş Krım da daxil olmaqla. Rusiya demilitarizasiya və denuklearizasiya olunur və bir daha heç kəsi təhdid edə bilmir. Hərbi cinayətkarlar beynəlxalq tribunala verilir”.
Buna da bax: Ukraynanın ‘ən böyük irəliləyişə’ nail olduğu deyilirMask yazmağa davam edir
Ancaq sosial şəbəkələrdə tənqidə baxmayaraq, Mask Rusiya və Ukrayna haqda yazmağa davam edib. O belə bir sorğu dərc edib ki, Donbas və Krım sakinləri Rusiya, yaxud Ukraynanın tərkibində olmağa qərar verməlidirlərmi. Biznesmen yazıb ki, “Rusiyanın əhalisi Ukraynadan üç dəfə böyükdür, buna görə də total müharibədə Ukraynanın qalib gəlmək şansı azdır”. “Ukrayna xalqının qayğısına qalırsınızsa, sülh əldə edin”, – o yazıb.
Russia is doing partial mobilization. They go to full war mobilization if Crimea is at risk. Death on both sides will be devastating.Russia has >3 times population of Ukraine, so victory for Ukraine is unlikely in total war. If you care about the people of Ukraine, seek peace.
— Elon Musk (@elonmusk) October 3, 2022
Ukrayna Prezidenti Volodimir Zelenski isə öz növbəsində sorğu dərc edib. O izləyicilərindən soruşub ki, hansı Mask daha çox xoşunuza gəlir – Rusiyanı, yoxsa Ukraynanı dəstəkləyən?
Which @elonmusk do you like more?
— Володимир Зеленський (@ZelenskyyUa) October 3, 2022
Rusiya fevralın sonunda Ukraynaya hücuma başlayıb. Sentyabrın 30-da Xerson, Zaporojye, Donetsk və Luhansk vilayətlərinin ilhaqını elan etsə də, dünya birliyi bunu qanunsuz, saxta adlandırıb.
Ukrayna qüvvələri oktyabrın 2-də müharibə başlanandan bəri ölkənin cənubunda “ən böyük irəliləyişə” nail olduqlarını bildiriblər. Onların cəbhə xəttini yararaq Dnepr çayının sahili boyunca irəlilədiyi xəbər verilir.