Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiyanın mədəniyyət naziri Olqa Lyubimovaya məktub göndərib.
O bu məktubda Ukrayna prezidenti Volodimir Zelenskinin və ukraynalı rejissor Aleksandr Rodnyanskinin Rusiyanın “mədəniyyət gündəliyindən” çıxarılmasını xahiş edir.
Volodimir Zelenski prezident seçilənədək aktyor və şoumen kimi tanınırdı.
Şoyqunun sözü gedən məktubunu Mediazona və The Insider saytları dərc ediblər.
Saytlar bildirirlər ki, məktubu onlara Mədəniyyət Nazirliyinə yaxın mənbə göndərib.
Məktubda deyilir:
“Sözü gedən şəxslərin indiki zamanda populyarlaşdırılması ölkə rəhbərliyinin və Müdafiə Nazirliyinin qəbul etdiyi qərarların yerinə yetirilməsinə xidmət etmir”.
Сергей Шойгу предложил министру культуры Ольге Любимовой «проработать вопрос об исключении В. А. Зеленского и А. Е. Роднянского из культурной повестки Российской Федерации». Фотографию письма редакции The Insider передал источник, близкий к Минкульту.https://t.co/xgUUypFzC4 pic.twitter.com/xa5cucqynA
— The Insider (@the_ins_ru) March 17, 2022
2019-cu ildə Ukrayna prezidenti seçilmiş Zelenski 2000-2010-cu illərdə o cümlədən Rusiyada çəkilmiş bir sıra filmlərdə iştirak edib.
O habelə “Svatı” (Elçilər) serialının prodüseridir. Bu serial son vaxtlaradək Rusiya televiziyası ilə nümayiş etdirilirdi.
Rusiya-Ukrayna prodüseri Aleksandr Rodnyanski Rusiyanın Ukraynaya müdaxiləsinə qarşı çıxıb.
Rodnyanski “Stalinqrad”, “Leviafan” “Məskun ada”, “9-cu taqım” kimi həm də müharibə mövzulu filmlərə prodüserlik edib.
Prodüser bir çox kino festivallarının münsiflər heyətinə daxil olub.
Bundan başqa o STS telekanalına rəhbərlik edib və 1+1 telekanalını yaradıb.