ABŞ prezidenti Donald Trump İran etirazçılarına dəstək ifadə edib, həm də hakimiyyəti növbəti zorakılıqlara getməməyə çağırıb.
"Cəsarətli, səbrli İran xalqına: Prezidentliyim başlayandan bəri sizinləyəm. İdarəçiliyim sizinlə birlikdə olmağa davam edəcək. Biz etirazlarınızı yaxından izləyirik və cəsarətinizdən ilham alırıq " deyə bildirir.
To the brave, long-suffering people of Iran: I%27ve stood with you since the beginning of my Presidency, and my Administration will continue to stand with you. We are following your protests closely, and are inspired by your courage.
— Donald J. Trump (@realDonaldTrump) January 11, 2020
به مردم شجاع و رنج کشیده ایران: من از ابتدای دوره ریاست جمهوریم با شما ایستادهام و دولت من همچنان با شما خواهد ایستاد. ما اعتراضات شما را از نزدیک دنبال می کنیم. شجاعت شما الهام بخش است.
— Donald J. Trump (@realDonaldTrump) January 11, 2020
Trump İran hakimiyyətinə də müraciət edib:
"İran hökuməti insan haqları qruplarına İran xalqının davam edən etirazları barədə yerdən faktları izləməsinə və bildirməsinə icazə verməlidir. Dinc etirazçıların növbəti qətli olmamalı, internet bağlanmamalıdır. Dünya seyr edir". Trump İrana yönələn bu tivittləri həm də fars dilində paylaşıb.
The government of Iran must allow human rights groups to monitor and report facts from the ground on the ongoing protests by the Iranian people. There can not be another massacre of peaceful protesters, nor an internet shutdown. The world is watching.
— Donald J. Trump (@realDonaldTrump) January 11, 2020
Yanvarın 11-i günorta saatlarından başlayaraq İranın paytaxtı Tehran və daha bir neçə şəhərində tələbələr etiraz aksiyalarına başlayıblar.
AzadlıqRadiosu fars xidmətinin verdiyi məlumatlara görə, Amir Kabir və Sharif universitetləri qarşısına çıxan tələbələr İnqilab Keşikçilərinin yanvarın 8-də vurduğu Ukrayna təyyarəsi ilə bağlı rejimin xalqı aldatmasına etiraz ediblər. Aksiyalarda İranın Ali rəhbəri Ali Khamenei-yə, İnqilab Keşikçilərinə qarşı şüarlar səsləndirilib.
Buna da bax: İran sərnişin təyyarəsinin vurulmasını etiraf etdiYanvarın 8-i səhər saatlarında Tehran yaxınlığında Ukraynana məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarədə olan 176 nəfərin hamısı həlak olub.
Tehran bir-neçə gün təyyarənin İran hərbçilərinin atdığı raketlə vurulması ilə bağlı yayılan məlumatları təkzib etsə də yanvarın 11-də bunu etiraf edib.
Prezident və xarici işlər nazirinin etiraf və üzr istəməsindən sonra İran İnqilab Keşikçilərinin komandiri Amirali Hajizadeh də aerokosmik bölmənin Ukraynanın sərnişin təyyarəsini səhvən vurduğuna görə 'tam məsuliyyəti' qəbul etdiyini söyləyib.
Yanvarın 11-də keçirdiyi xüsusi mətbuat konfransında Amirali Hajizadeh deyib ki, Hava Hücümundan Müdafiə sistemi sərnişin təyyarəsini qanadlı raket kimi qəbul edib.
İslam Keşikçiləri Korpusunun xarici əməliyyatlarını həyata keçirən Əl Qüds qüvvələrinin komandanı general Qassem Soleimani yanvarın 3-ü Bağdad hava limanında ABŞ-ın hava zərbəsi nəticəsində öldürülməsindən sonra İran Amerikadan qısas alacağını bəyan etmişdi.
İran yanvarın 8-də İraqdakı ABŞ hərbi bazalarını raket atəşinə tutmaqla həmin qisası aldığını bəyan etdi və bu anda həm də məlum oldu ki, həmin vaxt Tehrandan qalxan Ukrayna sərnişin təyyarəsi də vurulub. Tehran ilk olaraq təyyarənin vurlmadığını və texniki nasaslıq səbəbibdən qəzaya uğradlğını iddia edirdi.