Keçid linkləri

2024, 29 Sentyabr, bazar, Bakı vaxtı 01:36
 Zamin Hacı
Zamin Hacı

AzadlıqLive - Zamin Hacı: Yusif peyğəmbər yuxusunda görməzdi ki...

Xəbərlər yenilənir

16:13 22.9.2015

Dubay Əmirinin oğlunun dəfninə Kamaləddin Heydərov gedib

Bir neçə gün əvvəl qəflətən dünyasını dəyişən BƏƏ-nin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun oğlunun ölümü dünya mediasının müzakirə mövzusuna çevrilib. Şeyx və varisi dəfələrlə Azərbaycanda rəsmi və qeyri-rəsmi səfərlərdə olublar. Onların Azərbaycanın yüksək çinli məmurları ilə dostluq münasibətləri olub. Elə şeyxin qəfil ölümündən sonra da Azərbaycandan dəfn mərasimində kimin iştirak edəcəyi maraq doğururdu.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu mərasimdə Azərbaycanın Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov şəxsən iştirak edib. Nazir dəfn mərasiminə qatılaraq dövlət başçısı İlham Əliyevin başsağlığı məktubunu şeyxin ailəsinə çatdırıb.

18:23 22.9.2015

Suriyada, İraqda vuruşan azərbaycanlılar 250-300 nəfərdir

MTN 2013-2015-ci illərdə İraqda, Suriyada İslam Dövləti və digər təşkilatlarda vuruşmuş daha 5 azərbaycanlının tutulması xəbərini yaydı. Tez-tez belə xəbərlərin yayılması bir tərəfdən, bununla mübarizə aparıldığını, vəziyyətin nəzarətdə olduğunu, o biri tərəfdən, Suriyada vuruşan azərbaycanlıların heç də az olmadığını göstərir.

Belə azərbaycanlılar nə qədərdir? Onların Azərbaycana təhlükəsi ciddidirmi? Təhlükəsizlik eksperti İlham İsmayıl AzadlıqLive-a deyir ki, müxtəlif qiymətləndirmələrə görə, onların sayı 250-300 nəfərdir. Rusiya və ya Şimali Qafqazdan belə vuruşanların sayı ilə müqayisədə bu, çox deyil. Bundan başqa, vəziyyət nəzarətdə saxlanır.

Bəs bu azərbaycanlılar necə olur ki, birdən-birə Suriyaya getməy qərar verirlər? İlham İsmayıl deyir ki, Azərbaycanda fəaliyyət göstərən missionerlər var.

Bəs azərbaycanlıları Suriyaya getməyə vadar edən nədir? İlham İsmayıl deyir ki, bunun iki səbəbi var: Azərbaycanda ideoloji boşluq və sosial ədalətsizlik.

Gözlə

No media source currently available

0:00 0:09:35 0:00
Direct-ə keçid


20:33 22.9.2015

Bəhruz Hacıyevin atası:"necə yəni işgəncə izləri yoxdur"

“Hər həftə Bakıya gəlirəm, müstəntiqlə görüşürəm. Ancaq işdə heç bir yenilik yoxdur. Müstəntiq deyir ki, hər şey ekspertizanın nəticələrindən asılı olacaq”.

Bunu Mingəçevirdə polis məntəqəsində müəmmalı şəkildə ölən Bəhruz Hacıyevin atası deyir.

20:35 22.9.2015

"Şeyxlə aramızda heç nə yoxdur"

- bunu Sabir Həsənli deyir. Bakıdakı Heydər məscidi kompleksinin rəhbəri AzadlıqRadiosuna müsahibə verib.

Davamı

XS
SM
MD
LG